Dünyada koronavirusa yoluxanların sayı 564 mindən çox artıb - ÜST

23:10 29.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 564 mindən çox artıb.

Hafta.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 564 813 nəfər yeni koronavirusa yoluxub, 8 985 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 61 869 330, ölənlərin isə 1 448 896 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxunma sayı 152