Dünyanın ən böyük arxipelaqının iki adası okean suları altında qalıb

16:45 16.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İndoneziyanın Cənubi Sumatra əyalətinə aid iki ada qlobal istiləşmə nəticəsində okean sularının altında qalıb.

“Ətraf mühit üzrə forum” təşkilatının hesabatına əsasən, Betet və Qundul adalarında suyun səviyyəsi 1-3 metr artıb. Qeyri-hökumət təşkilatları bildirib ki, təcili tədbirlər görülməsə, daha dörd ada okean sularının altında qalacaq.

Qeyd edək ki, tərkibinə 18 min adanın daxil olduğu İndoneziya dünyanın ən böyük arxipelaqıdır.

Oxunma sayı 209