Dünyanın ən varlı şəxsi dəyişib

17:13 18.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransanın LVMH (Moet Hennessy — Louis Vuitton) kompaniyasının başçısı Bernar Arno dünyanın ən varlı şəxslərinin reytinqində Amazon şirkətinin qurucusu Ceff Bezosu üstələyərək birinci yerə yüksəlib.

Hafta.az Forbes nəşrinə istinadla xəbər verir ki, Arnonun uğuru ona məxsus kompaniyanın səhmlərinin 0,7 faiz bahalaşması ilə izah olunur. Bu ona 1,9 milyard gəlir gətirib. Amazonun səhmləri isə cümə günü keçirilən hərracda 0,7 faiz ucuzlaşıb ki, nəticədə Bezos 760 milyon dollar itirib.

Hazırda Arnonun varidatı 117 milyard dollar, Bezosun varidatı 115,6 milyard dollar təşkil edir.

Oxunma sayı 200