Düşmən qüvvələr Azərbaycana qarşı həm də informasiya müharibəsi aparır - Şayiələrə inanmayın

14:21 15.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Düşmən Azərbaycana qarşı təkcə hərbi təxribat törətmir, həm də informasiya müharibəsi aparır. Bu müharibədə əsas silah yalan və şayiələrdir. Bunu bir sıra sosial şəbəkələrdə, o cümlədən “WatsApp” mesencerində yayılan səs yazısından və videodan aydın görmək olur.

Hafta.az xəbər verir ki, saxta göz yaşları axıdan, fəryad qoparan şəxs ermənidir. O, artistlik edərək guya halımıza acıyır, əhali arasında vahimə yaratmaq niyyəti güdür. Bu özü də bir təxribatdır və sadəlövh, naşı insanları çaşdırmağa hesablanıb. “Artist” Azərbaycan dilində sərbəst danışır, guya diviziyalarımızdan birinin dağıdıldığı və xeyli itki verdiyimiz barədə dezinformasiyanı reallıq kimi qələmə verməyə cəhd göstərir. Əsl reallıq isə bundan ibarətdir ki, hərbi hissələrimiz düşmənə ağır zərbələr endirib, ermənilərin atdığı mərmilər isə boş ərazilərə düşüb.

Bu qəbildən olan dezinformasiyalar göstərir ki, düşmən informasiya müharibəsinə əvvəlcədən hazırlaşıb. Ona görə də şayiələrə uymamalı, rəsmi informasiyalara əsaslanmalıyıq.

Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidməti də cəbhədəki vəziyyətlə bağlı sosial şəbəkələrdə və mobil əlavələr vasitəsilə həqiqətə uyğun olmayan, əsassız məlumatlar yayıldığını diqqətə çatdırıb. Bildirilir ki, hazırda Tovuz rayonu istiqamətində nisbi sakitlikdir. Nazirlik bir daha bütün media nümayəndələrinə və sosial şəbəkə istifadəçilərinə müraciət edərək onları əsası olmayan təxribat xarakterli məlumatları yaymamağa, yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırıb.azertac

Oxunma sayı 806