Əbubəkr əl-Bağdadi öldürülüb - KİV

11:50 27.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadi ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürülüb.

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Newsweek” jurnalı ABŞ Quru Qoşunlarındakı mənbəyə istinadən məlumat yayıb.

Pentaqon Ağ Evə keçirilən əməliyyat zamanı böyük əminliklə İŞİD liderinin öldürüldüyü barədə məlumat verib. Jurnal yazıb ki, ABŞ Prezidenti Donald Tramp bir həftə əvvəl əməliyyatın keçirilməsini dəstəkləyib.

D.Tramp artıq “Twitter” sosial şəbəkəsindəki səhifəsində “çox əhəmiyyətli hadisə”nin baş verdiyini yazıb. Ancaq ABŞ Prezidenti hansı hadisənin baş verdiyinə aydınlıq gətirməyib. Sonradan Ağ Evin mətbuat xidməti D. Trampın bu gün yerli vaxtla saat 09.00-da vacib bəyanat verəcəyini açıqlayıb.