Ədəbiyyat üzrə Nobel mükafatı verildi

22:18 10.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün İsveçin paytaxtı Stokholmda 2019-cu il Nobel həftəsi çərçivəsində ədəbiyyat üzrə mükafatlar təqdim olunub.

Ötən il Nobel Komitəsindəki qalmaqalla əlaqədar mükafat təqdim olunmadığı üçün 2019-cu ildə ədəbiyyat üzrə iki mükafat verilib.

2018-ci il üçün mükafatı polşalı Olqa Tokarçuk, 2019-cu il üçün isə avstriyalı Peter Handke əldə edib.

O.Tokarçuk ötən il "Qaçanlar" əsərinə görə Buker beynəlxalq mükafatına layiq görülmüşdü.
Qeyd edək ki, oktyabrın 11-i sülh, oktyabrın 14-ü isə iqtisadiyyat üzrə Nobel mükafatları təqdim olunacaq.