Efiopiyada koronavirusdan ilk ölüm qeydə alınıb

21:22 05.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Efiopiyada yeni növ koronavirusdan (COVİD-19) ilk ölüm halı qeydə alınıb.

Hafta.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bunu ölkənin səhiyyə naziri Li Tadess deyib.

Onun sözlərinə görə, koronavirusdan 60 yaşlı qadın dünyasını dəyişib.

Bundan əlavə, Səhiyyə Nazirliyi həmçinin daha 5 nəfərin koronavirusa yoluxduğunu bildirib.

Ölkədə koronavirusa yoluxanların ümumi sayı 43 nəfərə çatıb.

Oxunma sayı 172