Əfqanıstan prezidenti Azərbaycana gəlir

21:19 17.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni Azərbaycana səfər edəcək.

Hafta.az xəbər verir ki, bu barədə Əfqanıstanın Azərbaycandakı səfiri Xeyrullah Spelenay Əfqanıstanın Milli Gününə həsr olunan tədbirdə deyib.

Səfir bildirib ki, bu ilin oktyabrın 25-26-da keçiriləcək Qoşulmama Hərəkatının sammitində Əfqanıstanın Prezident və xarici işlər nazirinin iştirakı gözlənilir.

Oxunma sayı 27
Siyasət rubrikasından digər xəbərlər