Əfqanıstanda hərbi düşərgəyə hücum nəticəsində yeddi nəfər ölüb

13:38 18.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanın Qəzni əyalətində yerləşən hərbi hissənin yaxınlığında minalanmış avtomobilin partladılması və silahlıların hücumu nəticəsində azı yeddi nəfər həlak olub, 25 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. İnsident mayın 18-də səhər saatlarında baş verib.

Hərbi düşərgədə kəşfiyyat bölməsinin əsgərləri dislokasiya olunmuşdu. Hücumun “Taliban” hərəkatının döyüşçüləri tərəfindən həyata keçirildiyi bildirilir.

Xatırladaq ki, Əfqanıstanda sülh prosesinin başlamasına baxmayaraq, “Taliban” hərəkatı ilə hökumət qüvvələri arasında qarşıdurma davam edir. Fevralın sonlarında Qətərdə ABŞ və “Taliban” hərəkatı 18 ildən çox davam edən müharibə ərzində ilk sülh sazişi imzalayıb. Saziş 14 ay ərzində bütün xarici qüvvələrin ölkədən çıxarılmasını və tərəflər arasında dialoqun başlamasını nəzərdə tutur.

Oxunma sayı 194