Əfqanıstanda NATO hərbçiləri həlak olub

23:10 05.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanın paytaxtı Kabildə iki NATO hərbçisi həlak olub.

Ölən hərbçilər Rumıniya və ABŞ-dan olub.

Onların döyüş əməliyyatı zamanı həlak olduğu deyilir. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Bu gün Kabildə həmçinin hökumət binalarının, NATO mənzil-qərargahının olduğu ərazidə partlayış törədilib. Bu hadisə nəticəsində 8 nəfər həlak olub.