Əfqanıstanda terror aktı nəticəsində 5 nəfər ölüb

13:19 14.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanın Vardak əyalətində yolun kənarına yerləşdirilmiş əldəqayırma bomba bir avtomobilin keçdiyi zaman partladılıb. Terror aktı nəticəsində ən azı 5 nəfərin öldüyü, daha 3 insanın isə yaralandığı bildirilir.

Vardak əyalətinin başçısı Müzəfərəddin Yəmin jurnalistlərə açıqlamasında hadisənin Kabil-Qəzni magistral yolunun Vardak vilayəti ərazisindəki Ceğtu rayonunda baş verdiyini bildirib. Onun sözlərinə görə, bomba bir ailənin öz avtomobili ilə bu ərazidən keçdiyi vaxt partladılıb. Yəmin əlavə edib ki, həlak olanların da hamısı həmin ailənin üzvləridir. O, yaralıların xəstəxanaya çatdırıldığı qeyd edib.

Qeyd olunur ki, terror aktı ilə əlaqədar “Taliban”dan heç bir açıqlama verilməyib.