Ekvadorun xarici işlər naziri Azərbaycana səfərə gələcək

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt
Oktyabrın 18-də Ekvadorun xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Patinyo Aroka Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə Ekvadrun Rusiya və Belarusdakı səfirliyinin mətbuat xidməti məlumat verib. Ekvador xarici siyasət idarəsinin başçısı ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Daha sonra onun azərbaycanlı biznesmenlər və XİN başçısı Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub. XİN başçılarının görüşündə ikitərəfli əməkdaşlıq və ən yüksək səviyyədə diplomatik münasibətlərin qurulması məsələləri müzakirə olunacaq. Görüş çərçivəsində bir sıra sazişlərin də imzalanması gözlənilir. Onların arasında Ekvadorun Azərbaycanda səfirliyinin açılması, viza rejiminin qarşılıqlı ləğvi barədə sazişlər, Xarici İşlər nazirlikləri arasında Əməkdaşlıq Protokolu və Ticarət-İqtisadi Birliyin (JETCO) yaradılması haqqında qarşılıqlı anlaşma memorandumu da var. Ekvadorlu nazir Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə də görüşəcək. Görüşdə iki ölkə arasında ticarət münasibətləri, texniki əməkdaşlıq, Ekvadorun ixrac təklifləri və sərmayə baxımında cəlbediciliyi, iqtisadi göstəriciləri müzakirə olunacaq. Nəhayət R.P.Aroka baş nazir Artur Rəsizadə ilə görüşəcək, həmçinin Azərbaycanın əsas texnoloji və sənaye mərkəzlərinə baş çəkəcək. Arokanı səfərdə xarici ticarət və iqtisadi inteqrasiya nazirinin müavini Fransisko Rivadeneyra, Yasuni-İTT layihəsi qrupunun rəhbəri İvonn Baki və Ekvador XİN dövlət katibləri müşayiət edəcəklər.
Vüsal
Oxunma sayı 115