Elə namizədlər var deyir ki, “atamdan qalan əmlak yadımdan çıxıb” – Məzahir Pənahov

15:14 17.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bəzi namizədlər əmlakları ilə bağlı gülünc fikirlər səsləndirirlər. Elə namizədlər var deyir ki, “atamdan qalan əmlak yadımdan çıxıb”. Buna nə cür inanmaq olar?

Hafta.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyasının bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, əmlakları haqqında düzgün məlumat göstərməyən namizədlər buna tutarlı bir səbəb də gətirmirlər: “Adi bir səhfə görə onların namizədlikləri qeydə alınmır. Buradan belə bir məntiqi nəticə çıxır ki, həmin şəxslər namizədliklərinin qeydə alınmaması üçün belə edirlər. Onların qeydə alınmamaqda məqsədləri nədir, bilmirəm”.

 

MSK sədri bir daha namizədlərə əmlakları haqqında düzgün məlumat göstərmələri barədə tövsiyə verib.

Oxunma sayı 135
Siyasət rubrikasından digər xəbərlər