Əli Kərimli, Cəmil Həsənli Azərbaycanda Nikol Paşinyanın əmrlərini yetirirlər - Siyavuş Novruzov

13:38 10.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"AXCP sədri Əli Kərimli, Milli Şura sədri Cəmil Həsənli Azərbaycanda Nikol Paşinyanın əmrlərini yetirirlər. Onların məqsədi qarşıdurma yaratmaqdır. Onlar piketdə Qarabağla bağlı bir cümlə də danışmadılar".

Hafta.az xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov deyib. Millət vəkili daha sonra bildirib ki, Azərbaycan gəncləri prezident İlham Əliyevin ətrafında sıx birləşib: "Cənab prezidentin Qarabağla bağlı "Valday"dakı son bəyanatı bütün Ermənistanı silkələdi. Cənab prezident böyük tədbirlərdə Azərbaycanı ləyaqətlə təmsil edir. Biz cənab prezidentlə fəxr edirik. Nikol Paşinyanın bəyanatlatı isə 2-3 min oxucusu olan divar qəzetlərində yayımlandı"

Siyasət rubrikasından digər xəbərlər