Əli Kərimli və dəstəsinin məqsədi növbəti dəfə Azərbaycanı ləkələmək üçün onlara "fakt" vermək idi - Millət vəkili

15:10 20.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Dünəndən başlayıblar. Qərbdə haylara havadarlıq edən, yaxud da onlarla işbirliyində olan çevrələri deyirəm. "Qoca, qadın demədən Azərbaycan polisi elə etdi, belə etdi",- yazaraq fotolar paylaşırlar. Əslində dünən qanunsuz mitinqə cəhd etməklə Əli Kərimli və dəstəsinin də məqsədi bu idi- növbəti dəfə Azərbaycanı ləkələmək üçün onlara "fakt" vermək.

Hafta.az xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, bəs qanunsuz aksiya keçirən, yaxud da aksiya zamanı azacıq həddini aşanlarla həmən qərbdə-ABŞ-da, Böyük Britaniyada, Almaniyada, Fransada, İsveçdə, Hollandiyada, İspaniyada və digərlərində necə davaranırlar? Necə davranacaqlar olduqca sərt və amansızcasına, etirazçıların üzərinə hətta at və itlə gedirlər: 
"Bizim polislərə gəldikdə, ölkəsində əmin-amanlıq istəyən bir vətəndaş olaraq onlara dünən göstərdikləri yüksək peşəkarlığa və qətiyyətə görə təşəkkür edirəm!"

Siyasət rubrikasından digər xəbərlər