Əli Kərimlinin saxtakarlığını təsdiqləyən yeni fakt - FOTO

13:56 22.10.2019 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Milli Şura və AXCP oktyabrın 19-da qanunsuz aksiya ilə yenidən məkrli planlarını həyata keçirtmək istəsə də bu baş tutmadı. 

Diqqəti özlərinə cəlb etmək üçün Əli Kərimlinin birbaşa diqtəsi ilə idarə olunan xüsusi qrup sosial şəbəkələrdə qəflətən fəallaşdı və özünün antiazərbaycan kampaniyasına start verdi. Polisinin qanunsuz aksiyanı səlahiyyətləri çərçivəsində almasına baxmayaraq "Azərbaycanda polis zorakılığını ifşa edən faktlar" paylaşmağa başladılar. 

Bu şəkillərdən birini sizlərə təqdim edirik. Göründüyü kimi, şəkildə polis sapoqla hansısa xanımı tapdalayır. İnsanların həssas duyğularını körükləməyə hesablanan bu foto əslində Bakıda çəkilməyib. Hadisələrin cərəyan etdiyi məkan Azərbaycana demokratiya dərsi verənlərin mərkəzi sayılan Brüsseldir. Brüsseldəki aksiyada hüquq-mühafizə orqanlarının sərt davranmasını burada görə bilərsiniz - https://thepublicsradio.org/article/yellow-vest-protest-in-brussels-turns-violent-350-detained. Yuxarıda göstərilən şəkil və digər kadrlar orada var, müəllif də qeyd olunub.

 

Siyasət rubrikasından digər xəbərlər