“Əlibaba və qırx quldur” tamaşası uşaqların görüşünə gəlib

16:41 13.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün “Əlibaba və qırx quldur” tamaşası nümayiş olunub. 

Hafta.az-ın məlumatına görə, ərəb nağılının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, rejissoru Lalə Şirinovadır.

Tamaşanın quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı isə Ağasəlim Feyzullayevdir.

Tamaşada Emin Sevdimalıyev, Türkay Cəfərli, Gündüz Qasımov, Nihad Heybətov, Zəhra Salayeva, Günel İmanova, Mobil Qurbanov və başqaları oynayıblar.

Oxunma sayı 226