Elmar Məmmədyarov Mövlud Çavuşoğlu ilə telefonla danışıb

22:23 24.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin 24 may tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə telefon söhbəti olub.

Xarici İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov həmkarı Mövlud Çavuşoğlunun Azərbaycanın 28 May-Respublika Günü münasibətilə səmimi təbriklərini qəbul edib. Tərəflər, habelə bir-birlərini Ramazan bayramı münasibətilə təbrik ediblər və ən xoş arzularını ifadə edibilər.

Nazirlər, həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişafı ətrafında fikir mübadiləsi aparıblar.

Oxunma sayı 102
Siyasət rubrikasından digər xəbərlər