Əməkdar artistin 70 illiyi qeyd olunacaq

14:58 22.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 25-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar artist Almaz Mustafayevanın 70 illik yubileyinə həsr edilmiş yubiley tədbiri keçiriləcək.

Teatrdan hafta.az-a bildirilib ki, yubiley mərasiminin quruluşçu rejissoru, Əməkdar artist Nicat Kazımov, rəssamı Mustafa Mustafayevdir.

Teatrlaşdırılmış tədbirdə aktrisanın ömür və yaradıcılıq yoluna nəzər salınacaq, ekranda onun sənət fəaliyyətini əks etdirən fotolar nümayiş ediləcək.

Qeyd edək ki, Almaz Mustafayeva 1949-cu il oktyabrın 1-də anadan olub. Uşaqlıqdan sənət aləminə qədəm qoyan aktrisa, “Sehrli xalat” filmində ifa etdiyi obrazla hər kəsin sevimlisinə çevrilib.

Oxunma sayı 140
Mədəniyyət rubrikasından digər xəbərlər