Emir Kusturitsa və “The No Smoking Orchestra” qrupunun konserti olub

12:49 30.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 29-da Heydər Əliyev Mərkəzində əfsanəvi Emir Kusturitsa və onun “The No Smoking Orchestra” qrupunun konserti keçirilib.

Hafta.az-ın məlumatına görə, tamaşaçılara pozitiv emosiya dolu Balkan musiqiləri və möhtəşəm şou təqdim olunub. Emir Kusturitsa və qrupu proqramda məşhur mahnı və kompozisiyalarını ifa edib.

O, karyerası boyunca müxtəlif sahələrdə populyarlıq və şöhrət qazanıb. Əvvəlcə o, kinorejissor və ssenarist kimi məşhurlaşıb, daha sonra isə özünü istedadlı musiqiçi kimi təsdiqləyib. Çoxşaxəli istedadı və fəaliyyəti Emir Kusturitsanı Balkan mədəniyyətinin simvoluna çevirib.

Emir Kusturitsa 1999-cu ildə “The No Smoking Orchestra” qrupunu yaradıb və onun daimi üzvüdür. O, qrupun tərkibində gitaraçı kimi çıxış edir. “The No Smoking Orchestra” qrupu rok-n-roll, Balkan pank-roku, qaraçı motivləri, türk marşları və Asiya melodiyalarını sintez edir. Kollektiv həmişə tamaşaçılarını təəccübləndirməyi bacarır, izləyicilərin də iştirakı ilə möhtəşəm şou təqdim edir.