Əmrə Mor “Qalatasaray”la müqavilə imzalamaq üçün İstanbula gəlib

15:40 01.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İspaniyanın “Selta Viqo” futbol klubunun türk əsilli hücumçusu Əmrə Mor “Qalatasaray” komandası ilə müqavilə imzalamaq üçün İstanbula gəlib.

İstanbul təmsilçisi 22 yaşlı hücumçunu icarəyə götürdüyü üçün “Selta Viqo”ya 1 milyon avro təzminat ödəyəcək.

Danimarka futbolunun yetirməsi olan Əmrə Mor 2016-cı ildə Dortmund “Borussiya”sına transfer olunub. Türk futbolçu 2017-ci ildə isə 13 milyon avro qarşılığında “Selta Viqo”ya keçib.

Qeyd edək ki, 22 yaşlı hücumçu Türkiyə millisinin heyətində çıxdığı 15 oyunda 1 qol vurub.