Ənənəvi Respublika Folklor Festivalının bağlanış mərasimi keçiləcək

17:48 30.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Respublikamızın paytaxt və regionlarında fəaliyyət göstərən folklor kollektivlərinə dəstək göstərilməsi məqsədilə 2019-cu ilin sentyabr-oktyabr aylarında Ənənəvi Respublika Folklor Festivalının seçim mərhələsi keçirilib.

Nazirlikdən hafta.az-a verilən xəbərə görə, həmin mərhələ çərçivəsində istedadlı uşaq folklor kollektivlərinin aşkar edilməsi, onlara dəstək göstərilməsi üçün müsabiqə təşkil edilmişdir. Kollektivlərin qiymətləndirilməsi məqsədilə nazirliyin əməkdaşları, həmçinin respublikanın tanınmış incəsənət nümayəndələrindən ibarət münsiflər heyəti müəyyənləşdirilib. Seçim mərhələlərində uğurla çıxış etmiş kollektivlər cari ilin 1 noyabr tarixində Bakı şəhərində təşkil ediləcək bağlanış mərasiminə dəvət edilib.

2019-cu ilin 1 noyabr tarixində saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bağlanış mərasimi keçiriləcək. Tədbirdən öncə, saat 10:00-11:00-da kollektivlərin Azərbaycan Dövlət Kukla Teatrından başlayaraq Nizami küçəsindən keçməklə Azərbaycan Dövlət Akademik Musiqili Teatrınadək keçidi (parad) olacaq.

Bağlanış mərasimində “Qarabağ” folklor kollektivi (Ağcabədi rayonu), “Xəmsə” folklor rəqs kollektivi (Gəncə şəhəri), “Dastan aşıqları” ansamblı (Ağstafa rayonu), “Nənələr” folklor xalq kollektivi (Lənkəran şəhəri), “Buta” uşaq folklor ansamblı (Lənkəran şəhəri), “Halay” xalq kollektivi (Masallı rayonu), “Çıraqqala” zurnaçılar xalq kollektivi (Şabran rayonu), “Mel” folklor kollektivi (Qusar rayonu), “Assa” folklor rəqs qrupu (Qusar rayonu), “Oğuzlar” folklor kollektivi (Bakı şəhəri), “Şirvan” folklor xalq kollektivi (Şamaxı rayonu), “Buta” rəqs kollektivi (Şamaxı rayonu), “Zopu-zopu” etnoqrafik folklor rəqs ansamblı (Qəbələ rayonu), “Maral oyunu” folklor kollektivi (Kəlbəcər rayonu), “Adıgün” xalq folklor kollektivi (Saatlı rayonu), “Rəfti - Uzunömürlülər” xalq kollektivi (Lerik rayonu), “Abay” folklor kollektivi (Şəki şəhəri), “Mehriban bacılar” folklor kollektivi (Balakən rayonu), “Nənələr” folklor kollektivi (Balakən), “Şahinlər” folklor rəqs kollektivi (Sumqayıt şəhəri), “Qobustan aşıqları” ansamblı (Qobustan rayonu) çıxışlar edəcəklər.