Enişsiz ən uzun uçuş rekordu qeydə alınıb

10:28 20.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qantas Airlines” aviaşirkətinin təyyarəsi enişsiz ən uzun uçuşu həyata keçirib.

Hafta.az-ın "FlightAware"ə istinadən verdiyi məlumata görə, "Boeing 787-9" təyyarəsi 19 saat 14 dəqiqə hava olub.

Uçuş Nyu-Yorkdan Sidneyə həyata keçirilib. Təyyarə 37 dəqiqə gecikmə ilə eniş edib.

Qeyd edək ki, daha əvvəl ən uzun enişsiz uçuş Nyuarkdan Sinqapura həyata keçirilib. Bu uçuşu həyata keçirən təyyarə 18 saat 50 dəqiqəyə hava olub.