Məktəblilər jurnalistika təlimləri keçəcək

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt
Gənclər üçün Təhsil Mərkəzi Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Budapeşt ofisinin maliyyə dəstəyi ilə icra etdiyi “Özümüifadə“ adlı regional layihəsi çərçivəsində məktəblilər üçün yeni media və foto jurnalistika təlimlərinə başlayıb.
Təlimlərin keçirilməsində əsas məqsəd məktəblilərin yeni media vasitələri haqqında dolğun bilik və bacarıqlara yiyələnmələrinə şərait yaratmaq, onlarda jurnalistikaya maraq oyatmaq, eyni zamanda yeni media imkanları vasitəsilə müxtəlif təşəbbüslərin reallaşdırılmasına kömək etməkdir. Təlimlər ilin sonunadək Füzuli rayonu Qayıdış qəsəbəsində davam edəcək. Növbəti il isə təlimlərin digər mərhələləri davam etdiriləcək.
Xatırladaq ki, bu layihə qaçqın və məcburi köçkün uşaqların təhsil imkanlarının genişləndirilməsini, onların özünü ifadə etmək bacarıqlarının formalaşdırılmasını və şəbəkələşmələrini nəzərdə tutur.

Oxunma sayı 124