Ərbildəki hücumda bir türkiyəli diplomat şəhid olub

17:12 17.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin İraqın Ərbil şəhərindəki Baş Konsulluğunun əməkdaşlarının terrorçuların hücumuna məruz qalması nəticəsində bir diplomat şəhid olub.

Türkiyənin Xarici İşlər Nazirliyindən bildiriblər ki, terror aktı Baş Konsulluğun binasından kənarda baş verib. Bildirilir ki, hadisə ilə bağlı İraq tərəfi ilə danışıqlar aparılır.

Yerli KİV-lərin məlumatına görə, silahlı hücumda iki terrorçu iştirak edib. İraq tərəfi cinayətkarların tutulması üçün tədbirlər görüldüyünü bildirir.