Ərdoğan ABŞ-a gedir

21:40 03.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 21-dən 26-dək ABŞ-da rəsmi səfərdə olacaq.

Hafta.az  xəbər verir ki, bu barədə dövlət başçısının dəftərxanası məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Türkiyə lideri BMT Baş Assambleyasının Nyu-Yorkdakı 74-cü sessiyasında iştirak edəcək.

Qeyd edək ki, rəsmi açılışı sentyabrın 17-də keçiriləcək sessiyada ümumi müzakirələr ayın 24-dən başlayacaq.