Ərdoğan Avropanı suriyalı qaçqınlarla təhdid edir

17:48 05.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Qərbdən zəruri dəstək görməsə, qaçqınlar üçün Avropaya qapıları açmağa hazırdır.

Virtualaz.org yerli KİV-lərə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, Qərb Türkiyəyə Suriyada təhlükəsizlik zonasının yaradılmasına kömək etməlidir:

“Türkiyə Silahlı Qüvvələri tərəfindən terrorçulardan azad edilən Suriya ərazilərinə 350 min suriyalı qaçqın göndərilib”, - deyə prezident əlavə edib.