Ərdoğan Azərbaycana gəlir  

16:29 13.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

Hafta.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası açıqlama yayıb.

Qeyd olunub ki, Türkiyə lideri 14 oktyabrda Türk Şurasının Bakıda keçiriləcək 7-ci sammitində iştirak edəcək. 

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım etməkdir.

Siyasət rubrikasından digər xəbərlər