Ərdoğan və Ruhani Qarabağı müzakirə edib

13:06 04.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İran prezident Həsən Ruhani arasında telefon danışığı olub.

Hafta.az-ın məlumatına görə, bu barədə Türkiyənin Prezident Administrasiyası bildirib.

Danışıqlar zamanı prezidentlər Dağlıq Qarabağ məsələsini müzakirə edib. R.T.Ərdoğan bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yeni mərhələyə qədəm qoyub və əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə təhdid yarada biləcək bütün addımlardan qaçmaq lazımdır

Türkiyə prezidenti vurğulayıb ki, Dağlıq Qarabağda sülh və sabitlik yeni imkanlar açacaq, region ölkələrinə, o cümlədən Ermənistana fayda verəcək.

Oxunma sayı 1367
Siyasət rubrikasından digər xəbərlər