Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - VİDEO

21:03 26.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son günlər sosial şəbəkələrdə erməni hərbçilərin narazılığını, acınacaqlı durumunu və fərariliyini əks etdirən videogörüntülər yayılır.

Hafta.az-ın məlumatına görə, həmin videogörüntülərdən birində bir qrup hərbçinin başsız qaldığı və 3 gündür ac, susuz əraziyə atıldıqları aydın olur.

Hərbçilərdən biri videogörüntünü qeydə alarkən belə deyir:

"Baxın, ay millət, bu artıq 2-ci gündür. Armavir vilayətindən gələnlər, digərləri də bir biri vilayətlərdən (çəkərək göstərir). Yağışın altında, 3 gündür ac, nə yemək var, nə adam var, nə əsgər var. Gətirib atıblar bura, gediblər. Heç kimin vecinə (söyüş söyür) deyilik. 3 gündür vəziyyətimiz budur. Gəlin, silahları götürək düşək aşağı, hərbi hissəyə. Hələ baxın (yeri çəkir).

Göründüyü kimi, Azərbaycan Ordusunun qüdrəti qarşısında pərən-pərən düşən erməni hərbçilərini bu cür acınacaqlı duruma düşüblər.

Oxunma sayı 833
Siyasət rubrikasından digər xəbərlər