Erməni əsgərin postda meyiti tapılıb  

12:33 21.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan ordusunun cəbhədəki hərbi postlarının birində erməni əsgərin meyiti tapılıb.

Hafta.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artur Ovannisyan "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

A. Ovannisyan 2000-ci il təvəllüdlü sıravi Amik Vardanyanın meyitinin postda tapıldığını yazıb.

 Əsgərin hansı səbəbdən öldüyü açıqlanmayıb.