Erməni təxribatı nəticəsində 98 mülki vətəndaş həlak olub - Prokurorluq

15:25 30.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində həlak olan dinc sakinlərin sayı 98 nəfərə çatıb.

Bu barədə hafta.az-a Baş Prokurorluqdan məlumat verilib. Məlumatda bildirilir ki, onlardan 93 nəfər ermənilərin atdığı raket nəticəsində, 5 nəfər isə mina partlayışından dünyasını dəyişib.

Ermənistan hərbi birləşmələrinin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 410, mina partlayışı nəticəsində isə 4 nəfər xəsarət alıb.

Oxunma sayı 721