Ermənilər Dağlıq Qarabağda 100 milyon dollarlıq layihəyə başladı

12:01 09.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Ermənilər işğal etdikləri Dağlıq Qarabağda 100 milyon dollarlıq layihəyə başlayıb.

Hafta.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bu işğal olunmuş ərazilərdə indiyə qədər separatçıların həyata keçirdiyi ən böyük layihədir. Ən böyük iqtisadi layihələrdən biri sayılır. Layihənin məqsədi Sərsəng su anbarından başlayaraq üzü Ağdərə və ətraf istiqamətlərdə yeni su kanalının çəkilişini nəzərdə tutur.

Burada iki hidroelektirk stansiyası və iki kanal inşa olunacaq. Növbəti mərhələdə isə daha üç hidroelektrik stansiyanın inşası planlaşdırılır. Bütün bu su elektrik stansiyaları 200 milyon kilavat saat elektrik enerjisi istehsal etmək gücünə malik olacaq. Bu kanallar vasitəsi ilə ermənilərin işğalı altındakı 10 min hektardan çox ərazinin sulanması və əkinə yararlı hala gətirilməsi planlaşdırılır. Layihənin ümumi dəyəri 100 milyon dollardır.

Ermənistan mətbuatının məlumatına görə, layihə 2,5 il ərzində həyata keçiriləcək. Bundan sonra istifadəsiz torpaqların əkinə cəlb olunmasına başlanacaq.

Qeyd edək ki, bundan əvvəl “DQR”in keçmiş “baş naziri” Araik Arutyunyan Azərbaycana Sərsəng su anbarının su resurslarından birgə istifadəni təklif etmişdi.  

Siyasət rubrikasından digər xəbərlər