Ermənilər Rusiyada AzTV əməkdaşının kamerasını sındırdı- Günün təzadları

18:21 03.12.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Krasnodar diyarının Armavir şəhərində erməni faşist cəlladı Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi erməniləri qəzəbləndirdi. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərdə belə deyilir. Hətta iş o yerə çatıb ki, Armavirdə yaşayan ermənilərin bir qrupu Azərbaycan Televiziyasının məsələ ilə bağlı burada çəkiliş aparan əməkdaşlarına hücum çəkərək onlara xəsarət yetirib, kameranı sındırıblar. Belə ki, Armavirdə erməni nasistə xatirə lövhəsinin qoyulması, faşist havadarının qəhrəmanlaşdırılması Azərbaycan və Rusiya ictimaiyyətində haqlı narazılığa səbəb olmuşdu. Ötən ay Rusiya AzTV-nin xüsusi müxbiri Zakir Musayevin hazırladığı reportajda Armavir sakinlərinin narahatlığını sizə təqdim etmişdik. Lövhə söküldükdən sonra xüsusi müxbirimiz yenidən Armavirə yollanıb: öz peşə vəzifəsini yerinə yetirmək üçün. Birbaşa bağlantıya qoşulub, lövhənin sökülməsi ilə bağlı məlumat verdikdən sonra Armavirdə yaşayan ermənilərin bir qrupu ona hücum çəkərək xəsarət yetiriblər və kameramızı sındırıblar. Şəhərin mərkəzində təxminən 50-yə yaxın erməni əməkdaşlarımızı mühasirəyə alaraq müxbirimizin kompüterini əlindən almağa cəhd göstərib. Məsələyə polis müdaxilə edib. Azğınlaşmış qrup polisin işinə belə mane olmağa çalışıb. Xüsusi müxbirimiz Armavirdə ötən ay çəkiliş apararkən də ermənilərin müdaxiləsi ilə rastlaşmışdı.

 

Tramp arvadını yerdə qoyub uçağa minmək istədi

"FOX 10 Phoenix" telekanalı ABŞ Prezidenti Donald Trampın Ağ Evdən ayrılan zaman helikopterlə uçuş öncəsi hərəkətlərinin videosunu paylaşdı. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, jurnalistlərin diqqətini incə məqam çəkib. Belə ki, D.Tramp helikopterə doğru irəliləyərkən onun birgə uçmalı olan həyat yoldaşı Melaniyanı "unutduğu" iddia edilir. Videoda Trampın yarı yolda ayaq saxladığı və xanımının da gəlməsini gözlədiyi aydın görünür. Qeyd nedək ki, bu cütlük dəfələrlə çətin vəziyyətlərə düşməsi ilə diqqət mərkəzində olub. Məsələn, Çexiyanın baş naziri Andrey Babişin Ağ Evə səfəri zamanı Tramp fotosessiya üçün onu gözləyən həyat yoldaşını unudub və qonaqla içəriyə daxil olub. Melaniya isə Floridada keçirilən tədbir zamanı həyat yoldaşı ilə şəkil çəkdirməkdən imtina edib.

 

Xırdalanda ödəmə terminalı qarət edildi

Abşeron rayonunda oğurluq hadisəsi qeydə alındı. Hafta.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xırdalan şəhərində yerləşən "Gənclər şəhərciyi"ndə baş verib. Bazar günü gecə saatlarında ərazidə yerləşən supermarketin qarşısında olan ödəmə terminalı sındırılaraq içərisində olan pul əskinasları aparılıb. Əraziyə hüquq-mühafizə orqanları tərəfindən baxış keçirilib. Fakt üzrə əməliyyat istintaq tədbirləri həyata keçirilir.

 

Fələstinə iki “LQBT” nümayəndəsi gəldi və...

Ramallaha gələn iki fələstinli olduğu deyilən “LGBT” nümayəndəsi müsəlmanların qəzəbli dəstəsi tərəfindən hücuma məruz qalıb və  döyüldü. Hafta.az bu haqda İsrail mediasına istinadla xəbər verir. Sosial şəbəkələrdə homoseksuallardan söhbət getdiyi deyilsə də,  "The Jerusalem Post"qəzeti Fələstinə gələnlərin   transgenderlər olduğunu   yazıb. Cinsi azlıqların maşını əzilib, ancaq onlar Kalandiya keçid məntəqəsinə çataraq canlarını qurtarmağı bacarıblar. Hər iki transgenderin Təl-Əvivdə yaşadığı deyilir. Guya onlar Ramallaha burunlarını əməliyyat etdirmək üçün gəliblər.

 

Bakıda Fransa diplomatının velosipedi oğurlandı

Paytaxtda fransız diplomatın velosipedi oğurlandı. Hafta.az-ın yazdığına görə,   “Report” xəbər verir ki, Fransanın Azərbaycandakı səfirliyində çalışan Maurice Rufin Borisi şəhərin mərkəzindəki restoranda olan zaman onun velosipedi həmin iaşə müəssisəsinin qarşısından oğurlanıb. Oğurluq edən şəxsin axtarışları aparılır.