Ermənistan Azərbaycan-Türkiyə-Pakistan ittifaqından qorxur

12:52 24.01.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan son illərdə beynəlxalq səviyyədə regional oyunçu olaraq böyük nüfuza malikdir. Artıq rəsmi Bakının üçlü, dördlü formatlar səviyyəsində əməkdaşlıq mexanizmləri qurması dünyanın aparıcı beyin mərkəzlərinin də diqqətini cəlb edir.  

IndraStra Global beynəlxalq analitik diqqəti agentliyi əsasını hərbi əməkdaşlıq təşkil edən yeni geosiyasi üçbucağa yönəldir. Agentliyin materialında bildirilir ki, Azərbaycan, Türkiyə və Pakistan bu yeni geosiyasi üçbucağın əsas oyunçularıdır. Bu dövlətləri tək ümumi din amili yox, həm də ərazi bütövlüyünə təhdid amili birləşdirir:

“Adları çəkilən dövlətlər arasında üçtərəfli əməkdaşlıq rəsmi olaraq 2017-ci ilin noyabrında Bakıda xarici işlər nazirlərinin görüşü zamanı başlayıb. Tərəflər ticarət dövriyyəsinin həcminin artırılması, beynəlxalq təşkilatlar çərçivəsində bir-birlərini dəstəkləmək və hərbi sahədə əməkdaşlığı genişləndirməyə dair razılığa gəliblər. Dövlətlər arasında silah çatdırılması üçtərəfli əməkdaşlıqdan əvvəl başlayıb. Pakistan ABŞ-ın dəstəyindən məhrum olduqdan sonra onun yardımına Türkiyə yetişib. Ankara Pakistana ABŞ-dan alınan F-16 qırıcı təyyarələrini modernləşdirməkdə yardım edib.  Daha sonra isə 1,5 milyard dollar dəyəri olan 30 ədəd Türkiyə istehsalı olan helikopterlərin Pakistana satışına dair saziş imzalanıb.

Azərbaycan isə Pakistandan Anza-II zenit-raket kompleksləri, "Muşak" təyyarələri və Pakistanla Çinin birgə istehsalı olan JF-17 Thunder qırıcı təyyarələrinin alışı məsələsini araşdırır".

Daha sonra qeyd edilir ki, üç dövlətin dostluğunu gücləndiprən digər bir amil üzləşdikləri ərazi mübahisələridir. Pakistan üçün bu Hindistanla mübarizə apardığı Kəşmir böhranıdır. Türkiyə və Azərbaycan bu məsələdə Pakistanı dəstəkləyir:

"Öz növbəsində Pakistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyindən çıxış edərək Ermənistanı rəsmən dövlət kimi tanımayan yeganə ölkədir. Bu səbəbdən, Ermənistan Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli ittifaqı  ilə bağlı ciddi şəkildə düşünməlidir".

Oxunma sayı 139
Siyasət rubrikasından digər xəbərlər