Ermənistan beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlik nümayiş etdirir - XİN

18:00 31.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cenevrə görüşündən sonra Ermənistan tərəfi yenidən Azərbaycan hərbi birləşmələrini və yaşayış məntəqələrimizi intensiv artilleriya atəşinə tutur.

Hafta.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

Onun sözlərinə görə, bu dəqiqələrdə yayılan məlumatlara görə, Azərbaycanın Ağcabədi rayonunun kəndləri, Tərtər şəhəri və Tərtər rayonunun kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulur: "Göründüyü kimi, Ermənistan elə özünün öhdəliklərinə, öz vədlərinə, eləcə də beynəlxalq vasitəçilərin əməyinə və səylərinə hörmətsizlik nümayiş etdirir. Azərbaycan isə öz növbəsində birtərəfli qaydada humanitar addımlar atır".

Oxunma sayı 964
Siyasət rubrikasından digər xəbərlər