Ermənistan indi Azərbaycanın dayandırılması üçün Kremlin qapısını döyəcək  – Rusiyalı politoloq

17:04 27.09.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan ordusunun erməni silahlı qüvvələri tərəfindən dinc sakinlərin atəşə tutulmasına cavab olaraq həyata keçirdiyi əkshücum əməliyyatları Cənubi Qafqazın həyatında bir sıra ciddi dəyişikliklrə səbəb olacaq.

Hafta.az xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Aleksandr Kaaravayev səsləndirib. Onun sözlərinə görə, hərbi əməliyyatlar yeni başlayıb. Hələ qeyri-müəyyən bir çox məqamlar var ki, kompleks hərbi və siyasi amillər təsir edə bilər: 

"Bir məqam aydındır ki, Ermənistan indi Azərbaycanın dayandırılması üçün Kremlin qapısını döyəcək. Lakin bu tələbə Kremldə hansı reaksiya veriləcək, bilinmir".

Politoloq bildirir ki, pozitiv nəticələr barədə danışıldıqda Azərbaycan üçün hər şey aydındır. Hətta işğal altındakı ərazilərin bir hissəsinin azad edilməsi, yaşayış məntəqələri, yüksəkliklərin geri alınması uğur sayılacaq. Ekspertin sözlərinə görə, ərazilərin işğaldan azad edilməsi Azərbaycan iqtisadiyyatının inkişafına da təkan verəcək.  Azərbaycan işğaldan azad edilmiş rayonların bərpasına hazırdır: "Misal üçün, Azərbaycanda Yuxarı Qarabağ iqtisadi rayonu var. Onun müvafiq administrasiyası formalaşdırılıb və fəaliyyət göstərir. Lakin adminitrasiya Füzuli rayonunun bir hissəsi işğalda olduğu üçün Bakıda yeləşir. Lakin rayonun işğaldakı hissəsi də azad edildikdən sonra adminitrasiya buraya köçəcək və bərpa üçün büdcə ayrılacaq. Yollar evlər təmir ediləcək.  "

Oxunma sayı 385
Siyasət rubrikasından digər xəbərlər