Sabirabad 80 illiyini qeyd edir...

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt
Sabirabadda rayonun 80 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbirə başlamazdan əvvəl rayon rəhbərliyi və ziyalılar Milli lider Heydər Əliyevin abidəsi önünə əkilil və tər -çiçiək dəstələri qoyublar. Sonra rayondan yerləşən H.Əliyev muzeyinə baş çəkilib və şəhidlər ziyabanına ziyarət təşkil olunub. H. Əliyev adına parkda bayram tədbiri ilə əlaqədar rayonun tarixi keçmişini əks etdirən eksponatlar və rayonda istehsal olunan sənaye malları və Kənd təsərrüfatı məhsulları da iştirakçıların diqqətini cəlb edib. Musiqili hissə ilə başlayan tədbirdə rayon mədəniyyət və Turizm İdarəsinin əməkdaşlarından ibarət rəqs qrupu çıxış edib.
Rayonun 80 illik yubleyi münasdibətilə rayon rəhbərliyi və ziyalılarının təşəbbüsü ilə kitab da nəşr edilib. Kitabda Sabirabadın tarixi inkişaf yoluna, son illərdə görülən işlərə, xüsusən də Ümummilli liderimiz Heydər Əliyevin, Azərbaycan prezinti cənab İlham Əliyevin birbaşa rəhbərliyi altında aparılan böyük quruculuq işlərinə nəzər salınır və bu torpağın görkəmli insanları barədə məlumat verilir.
Tarixi keçmişi olan Sabirabadda bayram tədbiri dünən axşama kimi davam edib və sonda atəşfəşanlıqla başa çatıb.
Pərvin İsmayılova
Bakı-Sabirabad