Ermənistan müxalifəti Paşinyana cinayət işinin açılmasını tələb edir - Konstitusiya quruluşunu devirməyə görə  

13:46 30.06.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın üç müxalifət partiyası - "Çiçəklənən Ermənistan", "Vətən" və "Daşnakstyun" baş prokurorluğa qanunverici və icraedici orqanların konstitusiya quruluşunu devirmək, hakimiyyəti mənimsəmək və vəzifə səlahiyyətlərini aşmaqla bağlı cinayət işinin açılmasına dair müraciət edib.

Hafta.az-ın məlumatına görə, "Vətən" partiyasının üzvü Arsen Babayan bildirib ki, iki ildir hakimiyyət Konstitusiya və bütün qanunları pozur. Parlament Konstitusiya düzəlişlərini qəbul etmək səlahiyyətinə malik deyil: ""Baş prokurorluqdan tələb edirik Paşinyan rejiminə qarşı cinayət işi açılsın". 

"Çiçəklənən Ermənistan" fraksiyasının üzvü Naira Zoqrabyan da hakimyyətə qarşı iddiaların əsaslı olduğunu deyib.

"Vesti.FM" radiosunun yazarı Armen Qasparyanın sözlərinə görə, Paşinyan Ermənistanda demokratik hakimiyyətin qurulduğu ilə bağlı iddialarına baxmayaraq bu müraciətin cinayət işinə çevrilməsinə imkan verməyəcək. Paşinyan hakimiyyətin onun üçün nə qədər dəyərli olduğunu artıq bu iki ildə "fəaliyyəti" ilə göstərib: "İki il əvvəl hakimiyyət dəyişdikdən dərhal sonra o xalqın küçəyə çıxaraq istədiyini tələb etməsinin qanunauyğun olduğunu bəyan etsə də, 2020-ci ildə bu cür addımların tamamilə qanunsuz və konstitusiyaya zidd olduğunu bəyan edir. Həm bu, həm də əvvəlki sözlər eyni adamın dilindən səsləndirilib.  Bu səbəbdən müxalifətin müraciəti ilə bağlı da Paşinyanın eyni mövqeni sərgiləyəcəyini düşünürəm".

Oxunma sayı 791
Siyasət rubrikasından digər xəbərlər