Ermənistan prezidenti müxtəlif ölkələrdən olan ermənilərin Dağlıq Qarabağda döyüşdüklərini etiraf edib

22:17 01.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan prezidenti Armen Sarkisyan "Əl Cəzirə" telekanalının efirində müxtəlif ölkələrdən olan ermənilərin Dağlıq Qarabağda döyüşdüklərini etiraf edib.

Hafta.az-ın məlumatına görə, S.Sarkisyan bildirib:

"Onlar etnik ermənilərdir və müxtəlif ölkələrin vətəndaşları olmalarına baxmayaraq, Dağlıq Qarabağda vuruşmalarında pis bir şey yoxdur. Biz müxtəlif ölkələrdən olan ermənilərin hərbi əməliyyatlarda iştirakını qəbul edirik".

Ermənistan prezidenti qeyd edib ki, bu ermənilər ABŞ, Fransa, Ukrayna və Rusiyadan ola bilərlər.

Oxunma sayı 479
Siyasət rubrikasından digər xəbərlər