Ermənistan prezidentinin əleyhinə aksiya keçirilib 

17:47 05.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Konstitusiya Günü münasibəti ilə ermənilər aksiya keçiriblər və bu aksiyanın iştirakçıları Armen Sarkisyanın şəkli olan şar partladıblar.

Hafta.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan Respublikasının Konstitusiya Günü münasibətilə, AntiFake.am və "Vətəndaş şüuru" ictimai təşkilatı Ermənistan Respublikası Prezidentinin iqamətgahı qarşısında “kontitusiyaya riayət edin” lozunqu ilə aksiya keçiriblər. Bagramyan küçəsi 1 ünvanından start götürən aksiya iştirakçıları sonra Prezident iqamətgahı istiqamətində hərəkətə başlayıblar.

“Bu aksiyanın məqsədi, əsas vəzifəsi Konstitusiyaya riayət etmək olan prezident Armen Sarkisyanın, vəzifəli şəxslərin qanun pozuntularına nəinki göz yumması, hətta özünün şəxsən Konstitusiyanı pozmasına Ermənistan Respublikanın vətəndaşlarının diqqətini cəlb etməkdən ibarətdir”, deyə "Vətəndaş şüuru" ictimai təşkilatının sədri Narek Samsonyan qeyd edib.