Ermənistan Qarabağda verdiyi itkilərin yeni sayını açıqladı

21:00 20.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qarabağda döyüş meydanından 3439 hərbçinin cəsədi çıxarılıb.

Hafta.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin 1-ci müavini Tiqran Avinyan açıqlama verib.

Avinyan həmin hərbçilərin 766-sının şəxsiyyətinin müəyyən olunmadığını, bunun üçün DNT testləri aparıldığını əlavə edib. Baş nazirin müavini yüzlərlə itkin düşmüş hərbi qulluqçunun olduğunu da əlavə edib.

“Hazırda ölən və itkin düşəmnlərlə bağlı konkret rəqəm söyləyə bilmərəm. Konkret rəqəm olanda Müdafiə Nazirliyinin hesabatında açıqlanacaq. Amma deyə bilərəm ki, bu rəqəm 4 mini keçməyəcək”.

Oxunma sayı 314