Ermənistan Tərtərdə pambıq zavodunu atəşə tutub

17:14 19.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan silahlı qüvvələri Tərtərdə pambıq qəbulu və emalı məntəqəsini atəşə tutub.

Ermənistanın zavodu atəşə tutuması nəticəsində ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri əraziyə cəlb edilib.

 

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Oxunma sayı 679