Ermənistan zülmətə qərq oldu, bütün ölkə işıqsız qaldı

18:55 10.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan baş nazirinin müavini Tiqran Avinyan özünün Facebook səhifəsində bütün ölkə boyu elektrik enerjisinin kəsilə biləcəyi haqda xəbərdarlıq edib. Avinyan təsdiq edib ki, Yerevan İstilik Elektrik Stansiyasında və Razdan İES-in enerji blokunda qəza baş verib.

“Hazırkı məqamda bizim energetika sistemində qəza baş verib. “Yerevan” İES  bütünlüklə və “Razdan” İES-in beşinci bloku dayanıb. Bütün respublika üzrə elektrik enerjisinin kəsilməsi mümkündür. Problemi saat 19.00-a qədər aradan qaldırmaq üçün işlər aparılır”,-o bildirib.

“Sputnik Ermənistan” əlavə edir ki, tunellərdə qalmış metro vaqonlarından sərnişinlər təxliyə edilib.

Siyasət rubrikasından digər xəbərlər