Ermənistana veriləcək qazın qiyməti 10 faiz artırılacaq 

13:06 28.06.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Rusiya hakimiyyəti 1 yanvar tarixindən Ermənistana veriləcək qazın qiymətini 10 faiz artırmaq fikrindədir.

Hafta.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə “Jamanak” qəzetində informasiya yer alır.

Məlumata görə bu dəfə qazın qiymət artımı birbaşa istehlakçılara öz təsirini göstərəcək. Ermənistan hakimiyyəti sözsüz ki, buna görə də Rusiya tərəfi ilə danışıqlar aparmaqda davam edir. Nəşr xüsusilə qeyd edir ki, bütün bu danışıqlara, səylərə baxmayaraq nəticələrin ötən ilkindən fərqlənəcəyinə zərrə qədər ümid yoxdur və qazın qiymət artımının qarşısı alına bilməyəcək.