Ermənistanda ağır cinayətlərin sayı kəskin artıb

13:16 22.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın Statistika Komitəsi bu il üçün ölkədə baş verən cinayətlərin sayını açıqlayıb. Komitənin Ermənistan mediasına verdiyi açıqlamada ağır cinayətlərin 9 ay ərzində kəskin şəkildə artdığı bildirilir.

Hafta.az Asasmedya.info-ya istinadən yazır ki, Ermənistanda bu ilin 9 ayı ərzində yalnız odlu silahlarla 50 cinayət hadisəsi qeydə alınıb. 2019-cu ilin yanvar-noyabr aylarında, ümumilikdə bütün ölkə üzrə 18865 cinayət hadisəsi törədildilib ki, xüsusi ilə ağır cinayətlərin sayı nəzərəçarpacaq dərəcədə artıb.

O cümlədən, 9540 mülkiyyət əlehinə cinayət, 3168 şəxslərə qarşı törədilmiş cinayət, 17 qadınlara qarşı təcavüz cinayəti, 2845 ictimai təhlükəsizliyə qarşı cinayət qeydə alınıb.

Statistik məlumata əsasən, ictimai təhlükəsizliyə qarşı cinayətlər keçən illə müqayisədə 6,5 faiz artıb ki, bu da əlavə 2845 hadisə deməkdir. Bunlardan 18,3 faizi yol-nəqliyyat, 37,3 faizi xuliqanlıq hadisələridir. 

Narkotik maddələrin alğı-satqısı ilə bağlı cinayətlər isə keçən illə müqayisədə 9,7 faiz daha çox olub.