Ermənistanda bir gündə 355 nəfər koronavirusa yoluxub

14:34 31.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda koronavirusa yoluxanların sayı 9 282 nəfərə çatıb.

Son sutka ərzində 355 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, ötən gün 4 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 131 nəfər koronavirusdan ölüb, 5 765 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Oxunma sayı 1331