Ermənistanda koronavirusa son sutkada daha 2306 yoluxma qeydə alınıb

13:29 22.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda COVİD-19 pandemiyasına yoluxma halları sürətlə artır.

Təkcə son sutka ərzində işğalçı ölkədə daha 2306 nəfərdə virus aşkarlanıb. Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 70 836-ya çatıb. Pandemiyadan ölənlərin sayı isə 1131-dir. Ötən gün daha 10 nəfər ölüb.

Qeyd edək ki, ölkədə mart ayından elan olunan fövqəladə vəziyyət 11 yanvar 2021-ci ilədək uzadılıb. Ermənistanın başıxarab rəhbərliyi isə ölkədə pandemiya ilə mübarizə aparmaqdansa, Azərbaycan ərazilərini işğalda saxlamaq üçün səfərbərlik elan edib.

Oxunma sayı 770