Ermənistanda koronavirusa yoluxanların sayı 1200 nəfəri keçib

13:00 17.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda koronavirusa yoluxanların sayı 1 201 nəfərə çatıb.

Hafta.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 42 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Ölkədə, həmçinin bir nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 19 nəfər koronavirusun qurbanı olub, 780 nəfərin müalicəsi davam edir.

Oxunma sayı 635