Ermənistanda koronavirusdan ölənlərin sayı 300-ü keçib

15:29 17.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı sürətlə artmaqda davam edir.

Hafta.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, son 24 saat ərzində Ermənistanda 544 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə COVID-19 virusuna yoluxanların sayı 18 min 33 nəfərə çatıb. Son sutka ərzində daha 9 nəfər bu virusdan ölüb. Beləliklə, ölkədə koronovirusdan ölənlərin sayı 302 nəfərə yüksəlib.

Hazırda Ermənistanda 10 min 818 aktiv koronovirus xəstəsi var.

Oxunma sayı 8164